4 min yəhudinin məskunlaşmasını leqallaşdıran qanun ləğv edilib

4 min yəhudinin məskunlaşmasını leqallaşdıran qanun ləğv edilib

Qərbi Şəriədə fəlləstinlilərə aid ərazilərdə salınan 4 min yəhudinin məskunlaşmasını leqallaşdıran qanunu ləğv edilib. SİA-nın məlumatına görə, bu barədə İsrail Ali Məhkəməsi qərar qəbul edib.

2017-ci ildə qüvvəyə minən qanun dövlət dəstəyi ilə yeni məskunlaşmaya haqq tanıyırdı.

Digər tərəfdən, Təl-Əvivə xəbərdarlıq etmək üçün İsrailə səfər edən Almaniyanın Xarici İşlər nazir Hayko Maas həmkarı Qabi Aşkenazi ilə görüşüb. O, birgə mətbuat konfransında “ilhaq” planının beynəlxalq hüquq normalarına zidd olduğunu dilə gətirib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə