Ötən sutka ərzində Moskvada pnevmoniya diaqnozu qoyulan daha 53 xəstə vəfat edib
Ötən sutka ərzində Rusiyanın paytaxtı Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası ilə bağlı edilən testlərin müsbət çıxdığı daha 53 xəstə vəfat edib.
Trend-in məlumatına görə, bu barədə paytaxtın koronavirusa nəzarət və monitorinq üzrə baş qərargahından bildiriblər.
Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 53 xəstə dünyasını dəyişib".
Ümumilikdə paytaxtda koronavirusdan 3 138 nəfər ölüb, son sutkada 1 195 olmaqla 199 785 virusa yoluxma halı qeydə alınıb, 113 533 nəfər sağalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB