Ali Məhkəmə Şurası sədrindən istefasını tələb edir Ermənistan hakimiyyəti

Ali Məhkəmə Şurası sədrindən istefasını tələb edir Ermənistan hakimiyyəti

Ermənistan hakimiyyəti Ali Məhkəmə Şurasının sədri Ruben Vardazaryandan bir bəyanat yazmağı və sistemi tərk etməyi tələb edib. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Joxovurd" qəzeti öz mənbələrinə istinadən yazır.

Qəzet yazır ki, səbəb Vardazaryanın Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyanla yaxın münasibət saxlaması olub. Səlahiyyətlilər tərəfindən Vardazaryanın rədd edilməsinin səbəbi məhz budur və aydındır ki, yaxın gələcəkdə o vəzifəsindən əl çəkməli olacaq və uaqlaşdırılacaq.
Dünən nəşr bu məlumatı Ermənistanın ədliyyə naziri Rüstəm Badasyanla dəqiqləşdirməyə çalışıb, o bəyan edib ki, onda belə bir məlumatyoxdur.
Qəzetin öz mənbələrinə istinadən vurğuladığına görə, heç kimə sirr deyil ki, hakimlər, o cümlədən Ali Məhkəmə Şurasının üzvləri, qondarma yoxlamaya məruz qalacaqlar və ya hakimiyyətin dediyi kimi onların əmlakı da yoxlanılacaq. Lakin digər tərəfdən, bu prosesin başlamasını gözləmək istəmirlər və keçmiş hakimiyyət ilə əlaqəsi olan hakimlərə təzyiq edərək sistemi başqa üsullarla "təmizləməyə" çalışırlar. Ali Məhkəmə Şurasının sədri Ruben Vardazaryan da onlardan biridir. Sonuncunun ən "mənfi" xüsusiyyəti onun Artur Vanetsyanla yaxınlığıdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə