Pandemiya şəraitində toy etdilər və... - 40 yoluxma

Pandemiya şəraitində toy etdilər və... - 40 yoluxma

İranın Çaharmahal-Bəxtiyari əyalətindəki Ərdəl rayonunda təşkil olunan toy mərasimində koronavirusa kütləvi yoluxma qeydə alınıb. SİA-nın məlumatına görə, bu barədə mahal valisi Mahmud Kiyani ISNA-ya danışıb.

Onun sözlərinə görə, mərasimə qatılan 118 nəfərdən koronavirus testi götürülüb. 40 nəfərin nəticəsi pozitiv çıxıb.

Kiyani qeyd edib ki, kütləvi mərasimlər sayəsində yoluxma halları artdığına görə bundan sonra belə mərasim təşkil edənlər haqqında inzibati tədbirlər görüləcək.

Son rəqəmlərə görə, İranda 175 min 927 nəfər virusa yoluxub, 8 min 425 nəfər ölüb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə