Ərdoğan 41 vilayətin valisini dəyişdirib

Ərdoğan 41 vilayətin valisini dəyişdirib

Türkiyədə bir gündə 41 vilayətin valisi dəyişdirilib. SİA yerli mətbuata istinadla xəbər verir ki, bununla bağlı ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb.

Müvafiq sərəncam rəsmi mətbuatda dərc olunub.

Məlumata görə, 18 vilayətin valisi dəyişdirilib, 23 vilayətə yeni vali təyin olunub. 17 vilayətin valisi mülkiyyət üzrə baş müfəttiş olaraq mərkəzə aparılıb.

Muğla valisi Esengül Civelek ise prezidentin baş məsləhətçisi postuna təyinat alıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə