İranın Fars əyalətində 5,1 bal gücündə zəlzələ baş verib.
SİA xəbər verir ki, bu barədə İranın Tehran Universitetinin Geofizika İnstitutunun Seysmologiya Mərkəzindən bildirilib.
Yeraltı təkanlar bu gün səhər Fars əyalətinin Birənd bölgəsində 11 km dərinlikdə qeydə alınıb. Dağıntı və tələfat haqqında məlumat verilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB