Ermənistanın baş naziri Nikol Paşinyan dünəndən bəri müxalifəti tamamilə məhv etmək qərarına gəlib. SİA xəbər verir ki, bu barədə Hraparak.am saytı yazır.
Qeyd olunur ki, bu günlərdə bütün hakimiyyət resursları yaxınlarda konsolidasiya prosesinin getdiyi müxalifət düşərgəsinə qarşı yönəlib.
Bununla belə, “Vətən” partiyasının sədri Artur Vanetsyan Nikol Paşinyanın əsas və ilk hədəfidir. Çünki baş nazir ondan təhlükə gözləyir.
Nəşrin mənbələrinə görə, Milli Təhlükəsizlik Xidmətinin yeni təyin olunmuş direktoru Arqişti Xaramyana Vanetsyanı “zərərsizləşdirmək” əmri verilib. Baş nazir Nikol Paşinyan, hər hansı bir bəhanə ilə onu MTN-ə çağırmağı, saxlanılmasını, daha sonra məhkəməyə edilən bütün təzyiq vasitələrindən istifadə edərək həbs olunması üçün 2 aylıq həbs qərarı almağı tapşırıb.
Yayılan məlumatlara görə, bu gün Artur Vanesyan dindirilməyə çağırılacaq və yəqin ki, həbs ediləcək. Bununla yanaşı, məhkəmə tərəfindən həbs qətimkan tədbirinin sübutlar olmadan alınması olduqca çətin olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB