İranda ötən sutka ərzində daha 70 nəfər koronavirusdan (COVID-19) ölüb. Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, beləliklə İranda bu virusdan ölənlərin sayı 8 351 nəfərə yüksəlib.
Cahanpur əlavə edib ki, ötən 24 saat ərzində daha 2 043 nəfər koronavirusa yoluxub. Bununla da indiyədək İranda virusa yoluxanların sayı 173 832 nəfərə çatıb. Virus daşıyıcılarından 2 619 nəfərin vəziyyəti ağırdır.
Nazirlik rəsmisi İranda indiyədək 136 360 nəfərin koronavirusdan sağaldığını deyib.
İranda koronavirusun diaqnozu ilə əlaqədar 1,1 milyondan çox test həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB