Bu şəxslər koronavirus testindən keçiriləcək - Türkiyədə

Bu şəxslər koronavirus testindən keçiriləcək - Türkiyədə

Türkiyədə qızdırma, öskürək və tənəffüs çatışmazlığı ilə yanaşı, qoxu və dadbilmə qabiliyyətini itirənlər, boğaz, baş, əzələ ağrısı və ishal yaşayanlar da koronavirus testindən keçiriləcək. SİA-nın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi açıqlama yayıb.

Nazirlik COVID-19 təlimatlarında dəyişikliklər edib və xəstəliyin təyin olunmasına dair yeni simptomlar əlavə olunub.

Bildirilib ki, bu simptomlardan ən az birini daşıyan vətəndaşlar testə cəlb olunacaq.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə