"İşin dayandırılması statistikaya təsir edəcək və artan təsdiqlənmiş hallar yayımlanacaq" Alina Nikoqosyan
İyunun 8-də Ermənistanda koronavirus infeksiyası hallarının sayı 195 nəfər artaraq 13 325-ə çatıb. SİA Ermənistana məxsus mediada yayılan məlumatlara istinadən xəbər verir ki, bu günə olan statistikaya əsasən ölənlərin sayı 11 nəfər artaraq 283-ə çatıb.
Yayımlanan məlumatlarda qeyd olunur ki, gün ərzində 829 sınaq keçirilib.
Xatırladaq ki, dünən Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan, testin əsas hissəsini təşkil edən Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin laboratoriyanın dezinfeksiya üçün bağlandığını bildirib.
"İşin dayandırılması statistikaya təsir edəcək, bazar ertəsi günü artan təsdiqlənmiş hallar yayımlanacaq", deyə Nikoqosyan bildirib.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB