Londonda etiraz aksiyası zamanı 12 nəfər polis tərəfindən saxlanılıb

Londonda etiraz aksiyası zamanı 12 nəfər polis tərəfindən saxlanılıb

Böyük Britaniyanın paytaxtı Londonda irqi ayrıseçkilik səbəbilə etiraz aksiyası keçirilib.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, etiraz aksiyası zamanı etirazçılar və polis əməkdaşları arasında toqquşmalar baş verib.

Bildirilir ki, toqquşmalar zamanı 8 polis əməkdaşı xəsarət alıb.

Məlumata əsasən, etiraz aksiyası zamanı 12 etirazçı polislər tərəfindən saxlanılıb.

Xatırladaq ki, iyunun 6-sı Londonda etirazçılar və polislər arasında baş verən toqquşmalarda 14 polis əməkdaşı xəsarət alıb, 29 etirazçı saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə