2364 nəfər koronavirusa yoluxdu İranda

2364 nəfər koronavirusa yoluxdu  İranda

İranda son sutka ərzində 72 nəfər koronavirusdan dünyasını dəyişib. SİA-nın verdiyi məlumata görə, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib. Onun sözlərinə görə, bununla da ölkədə koronavirus qurbanlarının sayı 8291 nəfərə çatıb. Ölkə üzrə virusa yoluxma sayı son sutkada 2364 nəfər artaraq 171 789-a yüksəlib. İndiyədək xəstələrdən 134 349 nəfəri sağalıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə