2 minə yaxın uşaq koronavirusa yoluxub Ukraynada

Ukraynada son sutka ərzində 485 nəfər koronavirusa yoluxub. Onlardan 29-u uşaq, 24 nəfəri tibb işçisidir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ölkədə virusa yoluxanların ümumi sayı 26 min 999-a çatıb. Onlardan 1932-si uşaq, 5050 nəfəri tibb işçisidir. Koronavirus qurbanlarının sayı 11 nəfər artaraq 788-ə yüksəlib. İndiyə kimi 12 054 xəstə sağalıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə