Çində daha 11 nəfərdə koronavirus aşkarlandı

Çində ötən sutka ərzində 6 nəfərdə yeni növ koronavirusun aktiv forması və 5 simptomsuz yoluxma halı aşkarlanıb, müalicə alan 3 nəfər isə sağalıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yoluxma hallarının beşi ölkə daxilində qeydə alınıb. Ötən sutka ərzində koronavirusdan ölən olmayıb.

Hazırda 236 simptomsuz koronavirus daşıyıcısı həkimlərin nəzarəti altında saxlanılır.

Qeyd edilir ki, ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 83 036 nəfərə çatıb. Ölkədə müalicə alan 78 332 nəfər sağalıb, 4 634 xəstənin həyatını xilas etmək mümkün olmayıb. Bildirilib ki, ölkə üzrə 70 nəfər müalicə alır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə