Misirdə koronavirusa 32 612 yoluxma halı qeydə alınıb

Misirin Səhiyyə Nazirliyi iyunun 6-də yeni növ koronavirus pandemiyası ilə bağlı son vəziyyəti açıqlayıb.

SİA xəbər verir ki, nazirliyin mətbuat katibi Xalid Meqahed son sutka ərzində COVID-19 virusuna 1497 nəfərin yoluxduğunu bildirib. Beləliklə, ölkədə 32 612 yoluxma halı qeydə alınıb. O əlavə edib ki, iyunun 6-da Misirdə daha 32 nəfər yeni növ koronavirusun qurbanı olub, həyatını itirən pasiyentlərin ümumi sayı isə 1198 nəfərdir. Bundan başqa, karantin xəstəxanalarında müalicə olunan 380 pasiyent sağalıb və xəstəlikdən şəfa tapanların sayı 9603 nəfərə çatıb.

Mətbuat katibi qeyd edib ki, ən çox yoluxma halları Qahirə, Giza və Qalyubiyədə qeydə alınıb. Misirin Səhiyyə Nazirliyi qripə qarşı “Tamiflu” preparatını koronavirus xəstələrinin müalicəsində istifadəsini dayandırıb. Malyariya əleyhinə “Hidroksixolorqin” isə karantin xəstəxanalarında istifadə olunur. Bundan başqa, koronavirus xəstələrinin müalicəsində qan plazması eksperimenti də aparılır.

Bütün bunlara baxmayaraq, Misir hökuməti iyunun 15-dən ölkədəki bütün obyektlərin, o cümlədən ticarət mərkəzləri, otellər, iri supermarketlərin fəaliyyətini bərpa etmək niyyətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...