Nyu-Yorkda Baş prokuror aksiyalar zamanı tutulan şəxsləri mühakimə etməkdən imtina edib

Nyu-Yorkda Queens rayonunun Baş prokuroru Melinda Katz etiraz aksiyaları zamanı komendant saatını pozduqlarına və ya sosial məsafəyə əməl etmədiklərinə görə tutulan şəxsləri mühakimə etməyəcəyini bildirib.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, Katz bu barədə Twitter səhifəsində yazıb.

Hüquqşünasın sözlərinə görə, o, bu məsələ ilə bağlı Manhettan prokuroru Sayrus Vansanın fikrilə həmrəy olduğunu vurğulayəb.

O qeyd edib ki, Sayrusla birlikdə mövqe nümayiş etdirməkdən qürur duyur. Sosial ədalət prinsiplərinə sadiq olduğunu yazan prokuror qaradərili insanlara qarşı polis zorakılığını qınayıb.

Qeyd edək ki, ötən gecə Nyu-Yorkda nümayişlər zamanı 40 nəfər tutulub. İyunun 5-nə keçən gecə isə saxlanılanların sayı 270 nəfər olub. Vaşinqton və Nyu-York da daxil olmaqla ABŞ-ın təxminən, 40 şəhərində komendant saatları tətbiq edilmişdi.

Los-Ancelesdə və Kaliforniyanın bir çox yerində bu rejim artıq ləğv olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...