Rusiyada COVİD-19 xəstələrinin sayı 458 min 689 nəfərə çatıb

Rusiyada son gündə 8 min 855 nəfərdə yeni növ koronavirus aşkar edilib. Bununla da ölkə üzrə COVİD-19 xəstələrinin sayı 458 min 689 nəfərə çatıb.

Məlumatlara görə, yeni yoluxma halının gündəlik artımı əvvəlkilərdə olduğu kimi 2 faiz təşkil edib.

Yeni yoluxanların 36.9 faizində (3 min 265 nəfərdə) infeksiyanın simptomları yoxdur. Hazırda Rusiyada 231.576 nəfər müalicəsini davam etdirir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə