Rusiyada bir gündə 197 nəfər koronavirusdan ölüb

Rusiyada koronavirusa yoluxma göstəriciləri artmaqda davam edir. Ölkədə son sutka ərzində 8 855 nəfər virusa yoluxub, 197 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 458 689 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 5 725 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 221 388 nəfər virusdan sağalıb, 231 576 nəfərin müalicəsi isə davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə