Qırğızıstanda koronavirusa yoluxanların sayı 1 974 nəfərə çatıb

Qırğızıstanda ötən sutka ərzində yeni növ koronavirusa daha 38 nəfər yoluxub. Bunu brifinq zamanı ölkənin səhiyyə nazirinin müavini Nurbolot Usenbayev deyib.

Onun sözlərinə görə, ölkədə infeksiyaya yoluxanların ümumi sayı 1 974 nəfərə çatıb.

Nazir müavini qeyd edib ki, ötən sutka ərzində 20 nəfər koronavirusdan sağalaraq evə buraxılıb. Ümumilikdə, ölkədə 1 360 nəfər COVİD-19-dan sağalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə