“Birləşmiş Krallıq 7 aydan az müddətdə vahid bazarı və gömrük ittifaqını tərk edəcək" Mişel Barnier

Avropa Birliyi gələcək tərəfdaşlığı ilə bağlı dialoqda əhəmiyyətli bir irəliləyişin olmaması şəraitində İngiltərə ilə münasibətlərdə keçid dövrünü uzatmağa açıqdır. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Brexit məsələləri üzrə Avropa İttifaqı baş müzakirəçisi Mişel Barnier bildirib.

"İngiltərə tranzit müddətini uzatmaqdan, başqa sözlə danışıqlara daha çox vaxt verməkdən imtina edib. Öz tərəfimizdən bu dövrü bir və ya iki il uzatmaq üçün hər zaman açıq olduq. Bu mümkündür və razılaşmada da yazılır. Ortaq bir qərar yoxdursa, yəni dəyişməzsə, Birləşmiş Krallıq yeddi aydan az müddətdə vahid bazarı və gömrük ittifaqını tərk edəcək", deyə Mişel Barnier bildirib.

Xatırladaq ki, Böyük Britaniya Avropa Birliyini 31 yanvarda tərk edib. Bu ilin sonuna qədər keçid dövrü davam edəcək, bu müddətdə tərəflər gələcək münasibətləri üçün bir model üzərində razılaşmağa çalışırlar.

Onu da qeyd edək ki, mövcud keçid dövründə AB qaydaları İngiltərəyə tətbiq edilməyə davam edir, lakin ölkə ittifaqda qərar qəbuletmə prosesində iştirak etmir və Avropa Birliyinin ümumi büdcəsinə töhfələrini verməkdə davam edir. Ancaq belə bir keçid dövrü, məsələn, ticarət əlaqələrini eyni formatda saxlamağa imkan verir. Keçidin sonunda birlik qaydaları artıq Britaniyaya tətbiq olunmayacaq. Ölkələr və birlik arasında müxtəlif sahələrdə əlaqələrin qurulmasında fasilələrin və çətinliklərin qarşısını almaq üçün onların nümayəndələri gələcək tərəfdaşlığın şərtləri barədə razılığa gəlməlidirlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə