"Vəzifəyə gəldiyiniz zaman bir anlaşma əldə etdik” Məhəmməd Cavad Zərif

Birləşmiş Ştatlar İran-ABŞ münasibətlərindəki və nüvə sazişi ətrafında vəziyyəti bərpa edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidenti Donald Trampın yeni sazişlər barədə təklifinə cavab verərkən bildirib.

Qeyd edək ki, bundan əvvəl, Tramp, ABŞ Hərbi Dəniz Qüvvələrinin veteranı Maykl Uaytın sərbəst buraxılmasına görə İran hakimiyyətinə minnətdarlığını bildirərək, Tehranı prezident seçkilərini sonuna qədər gözləməməyə, "indi ən yaxşı saziş" bağlamağa çağırıb.

"Vəzifəyə gəldiyiniz zaman bir anlaşma əldə etdik. İran və digərləri heç vaxt danışıqlar masasından çıxmadılar”, deyə Zərif Twitterdə yazıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə