ABŞ-ın Minneapolis şəhərində polis zorakılığı nəticəsində həyatını itirən afroamerikalı Corc Floydla vida mərasimi keçirilib. SİA "CNN Türk"ə istinadla xəbər verir ki, mərasimdə qaradərililərin vətəndaş hüquqları uğrunda mübarizə aparan ictimai fəal, keşiş və siyasətçi El Şarpton çıxış edib.

Xatırladaq ki, mayın 25-də internetdə afroamerikalı Corc Floydun saxta əskinaslarla ödəniş etməsi şübhəsi ilə saxlanılması anının videogörüntüsü yayılıb. Ağdərili polis afroamerikalının qoluna qandal vuraraq onu yerə yıxıb və dizi ilə boynunu sıxıb. O, bir müddətdən sonra ölüb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə