ABŞ-da qasırğa 70 nəfərin həyatına son qoyub

ABŞ-da qasırğa 70 nəfərin həyatına son qoyub
ABŞ-ın cənub ştatlarında qasırğa və tornado nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, tufanın Alabama ştatındakı universitetin tələbə şəhərciyindən keçməsi azı 15 nəfərin ölümünə səbəb olub. Alabama ştatında ümumilikdə 58 nəfər fəlakətin qurbanı olub.

Missisipidə isə güclü qasırğa 11 nəfərin ölümünə səbəb olub. Corciya ştatında iki, Tennesidə bir nəfər həlak olub. Tufanın daha ciddi dağıntılar törətdiyi ştatlarda fövqəladə vəziyyət elan edilib.

Güclü külək elektrik xəttlərini də sıradan çıxarıb. Belə ki, Alabama ştatında 245 mindən çox sakin işıqsız qalıb. Küləyin sürəti saatda 160 kilometrə çatıb. Qasırğa yağışla müşayiət olunduğundan bəzi ərazilərdə daşqın halları qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə