ABŞ hərbçiləri İraqdan Suriyanın şimal-şərqinə 30 yük maşını texnika göndəriblər

ABŞ hərbçiləri İraq ərazisindən Suriyanın şimal-şərqinə texnika və avadanlıqlarla dolu azı 30 yük maşını göndəriblər. SİA xəbər verir ki, bu barədə Suriyanın dövlət televiziyası məlumat yayıb. "Amerikalı işğalçıların texnika və avadanlıqlarla dolu 30 yük maşını qeyri-qanuni sərhəd keçidi olan Əl-Valid vasitəsilə Haseke əyalətinə keçiblər və Tell-Baydar bölgəsindəki qeyri-qanuni Kasrak bazasına doğru istiqamətləniblər", - deyə telekanalın məlumatında qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə