Türkiyədə axtarışına 1 milyon türk lirəsi ayrılan terrorçu könüllü təslim olub

Aparılan təbliğat və ailələrlə danışıqlar nəticəsində daha bir təhlükəli terrorçu Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olub.

SİA xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilir ki, Haqqaridə könüllü olaraq təslim olan terrorçunun ələ keçirilməsi üçün 1 milyon türk lirəsi pul ayrılmışdı. Hələlik terrorçunun şəxsiyyəti açıqlanmayıb.

Qeyd edək ki, DİN-in iyunun 2-də yaydığı məlumata görə, ailələrinin köməkliyi ilə daha dörd terrorçu təslim olub. Bununla da, cari ildə təslim olan terrorçuların sayı 82 nəfərə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə