“Floydun ölümü dəhşətli və bağışlanmazdır” Boris Conson

Amerikalı Corc Floydun ölümü dəhşətli və bağışlanmazdır. SİA xarici mətbuata istinadən xəbər verir ki, bunu Britaniyanın Baş naziri Boris Conson deyib.

Xatırladaq ki, etiraz və iğtişaşlar dalğası, polisin əlində Floydun Minneapolisdə ölümündən sonra ABŞ-ın şəhərlərini bürüyüb. İnternetdə polisin Floyda hücumu, onu diz çökdürdüyü və boynuna basaraq üç nəfərin üstünə çıxdığı bir video ortaya çıxıb. Videoda Floyd bir neçə dəfə nəfəs ala bilmədiyini dediyi, sonra sakitləşdiyini öz əksini tapır. O, reanimasiyada ölüb. İğtişaşlar başladıqdan sonra dörd polis işdən çıxarılıb və onlardan biri səhlənkarlıqda günahlandırılıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə