"Biz səbr nümayiş etdirə, irqçiliyə isə göz yuma bilmərik" Papa Francis

Papa Francis, ABŞ-dakı ictimai iğtişaşları narahatlıqla izlədiyini, hər iki irqçiliyi və "özünü məhv edən zorakılığı" qınadığını söyləyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə o, Apostol Sarayında dinləyiciləri qarşısında bəyan edib və bu da Papanın kitabxanasının “Müqəddəs Taxt” Vatikan Xəbərlərinin informasiya portalı tərəfindən yayımlanıb.

"Biz dözüm, səbr nümayiş etdirə bilmərik və ya hər hansı bir irqçiliyə, yaxud vəhşiliyə göz yuma bilmərik", deyə Papa bildirib.

"Eyni zamanda, etiraf etməliyik ki, son günlərin şiddəti özünüdağıdıcı və özünüməhvedicidir. Zorakılığa heç bir haqq qazanmayacaqsınız, ancaq çox şey itirəcəksiniz", deyə Papa fikirlərini gizlətməyib.

Papanın sözlərinə görə, o, Floyd və "irqçilik səbəbindən həyatını itirən hər kəs" üçün dua edir.

Xatırladırıq ki, etiraz və iğtişaşlar dalğası, Floydun Minneapolisdə ölümündən sonra ABŞ-ın şəhərlərini bürüyüb. İğtişaşlar başladıqdan sonra dörd polis işdən çıxarılıb və onlardan biri səhlənkarlıqda günahlandırılıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə