Pentaqon xüsusi təyinatlı qüvvələrini Vaşinqtona yeridib - Conatan Hoffman

Pentaqon xüsusi təyinatlı qüvvələrini Vaşinqtona yeridib. SİA-nın məlumatına görə, bu barədə Pentaqonun sözçüsü Conatan Hoffman bildirib.

Hoffman bildirib ki, müdafiə naziri Mark Espert 82-ci Hava Xilasetmə Birliyinin Təcili Müdaxilə taborunun 504-cü birliyinin paytaxta göndərilməsi əmrini verib. Bununla yanaşı, Şimal Komandanlığının 16-cı və 91-ci hərbi polis bölməsi Vaşinqtona gətirilib.

“Paytaxta göndərilən xüsusi hərbi qüvvələrin sayı 1600-dür”, - Hoffman qeyd edib.

Qeyd edək ki, ABŞ-da qaradərili Corc Floydun polis tərəfindən öldürülməsindən sonra başlanan etirazlar bütün ölkə üzrə davam edir. Dünən axşamdan etibarən 100 min milli mühafizə qüvvəsi aktiv vəziyyətə gətirilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə