Vaşinqtonda keçirilən aksiyada 300-dən çox iğtişaşçı saxlanılıb

ABŞ-da Afroamerikalı Corc Floydun polis zorakılığı nəticəsində ölümünə etiraz olaraq Vaşinqtonda keçirilən aksiyada 300-dən çox iğtişaşçı saxlanılıb. SİA xarici mətbuata istinadla xəbər verir ki, bunu paytaxtın Polis İdarəsinin rəisi Peter Nyuşem deyib.

O, həbslərə səbəb kimi iğtişaşçıların komendant saatı qaydalarını pozmasını və qarətləri göstərib.

Polis rəisi əlavə edib ki, etiraz aksiyalarının yatırılması zamanı iki polis əməkdaşı yaralanıb.

Qeyd edək ki, ABŞ-ın bir çox ştatlarında 4 gündür etiraz aksiyaları davam edir. Hadisə ilə bağlı artıq 4 polis işdən çıxarılıb, onlardan biri saxlanılıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...