Vaşinqtonda keçirilən aksiyada 300-dən çox iğtişaşçı polis tərəfindən həbs edilib

Afroamerikalı Corc Floydun polis zorakılığı nəticəsində ölümünə etiraz olaraq Vaşinqtonda keçirilən aksiyada 300-dən çox iğtişaşçı polis tərəfindən həbs edilib.

SİA "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu paytaxtın Polis İdarəsinin rəisi Peter Nyuşem deyib.

O, həbslərə səbəb kimi iğtişaşçıların komendant saatı qaydalarının pozulması və qarətlərin edilməsini göstərib.

Polis rəisi əlavə edib ki, etiraz aksiyalarının yatırılması zamanı iki polis əməkdaşı yaralanıb.

Qeyd edək ki, ABŞ-ın bir çox ştatlarında 4 gündür etiraz aksiyaları davam edir. Hadisə ilə bağlı artıq 4 polis işdən çıxarılıb, onlardan biri saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə