Nyu-York merinin qızı etiraz aksiyalarına qoşulub

Nyu-York merinin 25 yaşlı qızı Çiara de Blazio şəhərdə irqi ayrı-seçkiliyə qarşı etiraz aksiyalarında iştirakı zamanı saxlanılıb. SİA-nın məlumatına görə, Çiara de Blazio etirazçılara plakat və şüarlarla qoşulub.

Qeyd edək ki, ABŞ-ın onlarla şəhərini polisin öldürdüyü qaradərili Corc Floyda görə etiraz aksiyaları bürüyüb.

Çiara de Blazio ictimai asayişi pozmaqda günahlandırıb, amma az sonra sərbəst buraxılıb.

Həmin dəqiqələrdə qızın atası olan şəhər meri Bill de Blazio Nyu-Yorku bürümüş etiraz aksiyalarını sakitləşdirməyin yollarını arayan toplantı keçirirmiş.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...