Rusiyada ağır yol qəzası: hər iki sürücü hadisə yerində ölüb

Mayın 31-də Həştərxan-Koçubey-Kizlyar-Mahaçqala avtomobil yolunda ağır yol qəzası baş verib.

SİA "astrakhan-24.ru" saytına istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

Qeyd edilib ki, "Nissan Premiera" markalı avtomobili idarə edən 26 yaşlı gənc İkryanoye kəndi istiqamətində gedərkən idarəetməni itirib. Avtomobil qarşıdan gələn zolağa çıxıb və 52 yaşlı yerli sakinin idarə etdiyi “VAZ-2115” markalı maşına çırpılıb. Zərbənin gücündən hər iki avtomobil yararsız hala düşüb. Hər iki sürücü yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə