Dünyada koronavirusdan ölənlərin sayı isə 349 mini ötüb

Dünyada koronavirusa yoluxanların ümumi sayı 5 488 825 nəfərə çatıb. Ölənlərin sayı isə 349 095 nəfərdir.

SİA "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatında bildirilib.

Qeyd edilib ki, son sutkada 84314 nəfər yeni növ virusa yoluxub, 5581 nəfər dünyasını dəyişib.

Ən çox yoluxma hadisəsi Amerikada qeydə alınıb – 24 95 924.

Bütün xəbərlər Facebook səhifəmizdə