Lavrov ÜST rəhbəri ilə telefonla danışııb

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom ilə telefon danışığında, ÜST-nin koronavirus pandemiyasını aradan qaldırmaq səylərini dəstəklədiyini söyləyib. SİA RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Söhbət əsnasında, tərəflər 18-19 may tarixlərində ÜST-nin əsas idarəedici orqanı olan 73-cü Ümumdünya Səhiyyə Assambleyasının (ÜST) nəticələrini müzakirə ediblər. Sergey Lavrov, ÜST-nin yeni koronavirus infeksiyasının (COVID) vəba xəstəliyini aradan qaldırmaqda üzv ölkələrin səylərini əlaqələndirməyə yönəlmiş işlərinə Rusiyanın dəstəyini bir daha bildirib. Həmçinin, pandemiya və onun nəticələrini aradan qaldırmaq üçün Rusiyanın tərəfdaş ölkələrə göstərdiyi yardımlardan danışıb", deyə məlumatda bildirilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə