Tərəfdarları ABŞ prezidenti Donald Trampı dəstəkləmək üçün təxminən üç saat Floridadakı buxtanın ətrafında yaxtalara, qayıqlara miniblər. SİA-nın məlumatına görə, "Moskva 24" telekanalı xəbər verir ki, su paradında bir neçə yüz nəfər iştirak edib və onların hər birində Amerika bayraqları, həmçinin hazırkı dövlət başçısının portretləri olub.
ABŞ-ın bir analitik agentliyi bir qədər əvvəl Trampın noyabrdakı prezident seçkilərində məğlub olacağını proqnozlaşdırmışdı. Ekspertlərin fikrincə, hazırkı prezident 35 faiz qazanacaq. Üstəlik, pandemiyadan əvvəl onun mümkün nəticəsi 55% qiymətləndirilmişdi. Tədqiqat müəllifləri ABŞ-da işsizlik, inflyasiya və real gəlirə əsaslanan bir modeldən istifadə ediblər.
Qeyd edək ki, bir qədər əvvəl Sputnik radiosu, medianın Trampın pandemiyaya qarşı qolf oynadığını xatırladıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB