“Əməkdaşlıq və sanksiyalar arasında ağlabatan balansa ehtiyacımız var" Josep Borrel

Rusiya ilə münasibətlərdə Avropa Birliyi üçün maraq doğuran məsələlərdə sanksiyalar və əməkdaşlıq arasında tarazlıq olmalıdır. SİA xarici mətbuata istinadən xəbər verir ki, bunu AB-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrel deyib.
"Bizim üçün vacib olan məsələlərdə Rusiyaya qarşı seçici davranmalıyıq. Bu, möhkəmliyin qorunmasına zidd deyil", deyə Borrel, AB-nin iyul ayında Aİ Şurasına sədrlik edəcək Alman səfirlərinin iclasında çıxış edərkən bildirib.
"Müəyyən sahələrdə qarşılıqlı fəaliyyət göstərmək üçün ehtiyatlı səy göstərərək Rusiyaya qarşı səbr və sanksiyalar arasında ağlabatan balansa ehtiyacımız var", deyə Borrel fikrini ifadə edib.
Qeyd olunur ki, Avropa diplomatiyasının rəhbəri, xüsusən Rusiya ilə Aİ-nin enerji sektorunda qarşılıqlı asılılığını qeyd edib. "Biz qaz almalıyıq, amma onlara onu satmaq lazımdır", deyə Borrel bəyan edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə