"Koronavirus infeksiyasının təkrar idxalının ən kiçik ehtimalını da istisna etmək lazımdır" Mixail Mişustin

Koronavirusun xaricdən gətirilməsinin ən kiçik bir təhlükəsini istisna etmək lazımdır. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu fikirləri baş nazir Mixail Mişustin hökumətin koronavirusla mübarizə üzrə koordinasiya şurasının iclasında səsləndirib.
"Koronavirus infeksiyasının Rusiyaya təkrar idxalının ən kiçik ehtimalını da istisna etmək lazımdır", deyə Mişustin bildirib.
O qeyd edib ki, ruslar sağlamlıqlarına qayğı göstərməli və yaxınlarına təhlükə yaratmamalı, həmçinin geri qayıtmaqda çətinlik çəkməməlidirlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə