ABŞ dövlət departamenti Suriyada olan dilpomatlarının çoxunun ailə üzvləri ilə birlikdə evakuasiya edilməsi barədə göstəriş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, dünən ABŞ-ın Dəməşqdəki səfirliyindən bu ölkədə yalnız əsas səfirlik əməkdaşlarının qalacağını bildiriblər. Bu kateqoriyaya aid olmayan diplomatlar və onların ailə üzvləri Suriyanı "qeyri-sabit vəziyyətə görə" tərk etməlidirlər.
Bundan başqa ABŞ Suriya hökumətinin üzvlərinə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır. SİA-nın məlumatına görə, bu barədə "Reuters" Obama administrasiyasındakı mənbəyə istinadən xəbər verir. Əgər sanksiyalar tətbiq edilsə, Suriya vəzifəlilərinin ABŞ banklarındakı hesabları dondurulacaq, onların Amerika şirkətləri ilə əməkdaşlığı isə istənilən formada qadağan olunacaq.
Agentliyin sözçüsü bildirib ki, hələ sanksiyalar barədə yekun qərar qəbul edilməyib. Bəşər Əsədin sanksiyaların tətbiq ediləcəyi şəxslər siyahısına daxil olub-olmayacağı məlum deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB