Rusiyada bir gündə 8,6 minə yaxın şəxsdə koronavirus aşkarlandı

Rusiyada son bir gündə daha 8 599 nəfərə koronavirus diaqnozu qoyulub. Bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 344 481 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə 153 nəfər artaraq 354-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 113 299 nəfər sağalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə