Ermənistanda daha 374 nəfər koronavirusa yoluxdu

Ermənistanda koronavirusa yoluxanların sayı 6 302 nəfərə çatıb. SİA-nın erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 374 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 3 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 77 nəfər koronavirusdan ölüb, 2 936 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...