“Türkiyə Rusiyaya uçuşları iyulda bərpa edə bilər” Mehmet Nuri Ersoy

“Türkiyə Rusiyaya uçuşları iyulda bərpa edə bilər” Mehmet Nuri Ersoy

Türkiyənin turizm sektoru Türkiyə ilə Rusiya arasındakı hava əlaqələrinin iyulun ortalarında bərpa olunacağını gözləyir. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə ölkənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy RİA Novosti-yə açıqlamasında bəyan edib.

"Ölkədə yeni koronavirus hallarının sayı hər gün sürətlə azaldığından məmnunuq və buna görə tədricən məhdudiyyətləri qaldırırıq. May ayının sonunda daxili turizm bərpa ediləcək və ümid edirik ki, iyun ayının ortalarında Asiya və Avropanın bir çox ölkəsi ilə hava xidməti bərpa olunacaq. Ümid edirəm ki, Rusiya ilə hava əlaqəsi iyulun ortalarında bərpa olunacaq", deyə Mehmet Nuri Ersoy bildirib.
Nazir əlavə edib ki, Türkiyə pandemiyadan sonra turizm sektorunda normallaşma prosesinə dünya standartlarına uyğun şəkildə hazırlıq işlərini tamamlayan ölkələr sırasındadır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə