İranın dini lideri Ayətullah Əli Xamenei İsraillə vuruşan hər bir ölkəyə və ya qrupa dəstək verəcəklərini açıqlayıb. SİA-nın məlumatına görə, İsrailin Qərb Sahilini ilhaq etməsi planı ilə əlaqədar sosial mediaya açıqlama verən Xamenei "Sionist rejimə qarşı çıxan və mübarizə aparan hər bir ölkəyə və ya qrupa dəstək və kömək edəcəyik və bunu söyləməkdən qorxmuruq", deyib.
Xamenei açıqlamasının davamında "Sionist hökumət göstərdi ki, heç bir razılaşmaya əməl etməyəcək və gücdən başqa heç nə başa düşməyəcək. Bu rejimin təbiəti sülhlə uzlaşmır; sionistlər torpaqlarını genişləndirməyə çalışırlar və işğal etdikləri yerlərlə məhdudlaşmayacaqlar" deyə bildirib.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB