Bəsrə körfəzində hərbi gərginlik artmaqda davam edir. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.
Pentaqonun beynəlxalq sularda Çin və İranın 100 metrə qədər yaxınlaşacaq döyüş gəmilərinin vurulacağı xəbərdarlığından sonra İran Hərbi Dəniz Qüvvələri Bəsrə körfəzində fəaliyyətlərini davam etdirəcəklərini açıqlayıb.
“Röyters”ə danışan ABŞ rəsmisi ölkəsinin təlimatında dəyişiklik olmadığını bildirib. “Aprel ayında Bəsrə körfəzində təlim keçən ABŞ-ın döyüş gəmiləri İran gəmiləri tərəfindən hücuma məruz qalmışdı. Həmin vaxt Prezident Donald Tramp hər hansı hücum zamanı İrana aid bütün silahlı gəmilərin məhv edilməsi tapşırığını vermişdi. Eyni təlimat qüvvədə qalır”, - adını açıqlamayan ABŞ rəsmisi bildirib.
İran tərəfi isə bu xəbərdarlıqdan narahat olmadıqlarını, hər hansı hücuma ağır cavab veriləcəyini bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB