Humanitar təşkilatların BMT TŞ-yə pandemiya tənqidi

Humanitar təşkilatların BMT TŞ-yə pandemiya tənqidi

Dünyanın bəzi aparıcı humanitar təşkilatları birgə bəyanat yayaraq Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasını (UNSC) Covid-19 pandemiyası qarşısında 'iflic' olmaqla tənqid etdilər. SİA-nın məlumatına görə, çərşənbə axşamı Beynəlxalq Xilasetmə Komitəsi, Beynəlxalq Böhran Qrupu, CARE USA və Save the Children humanitar təşkilatları birgə bəyanatla çıxış etdilər.

Qrup adından danışan Beynəlxalq Xilasetmə Komitəsinin baş direktoru Devid Miliband: “Təhlükəsizlik Şurasının Covid-19 hadisəsi ilə iflic olması bir ayıbdır. Bu da milyonlarla insan üçün anlaşılmazdır”- deyə bildirib.

Xeyriyyə qurumları Şuranı BMT-nin Baş katibi Antonio Guterresin qlobal atəşkəs çağırışını dəstəkləmək qərarına razılıq verməməkdə günahlandırdılar və buna görə də dünyaya yeni növ koronavirus pandemiyası ilə mübarizə aparmağa fokuslana bilməməklə günahladırıblar.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə