Heron gölünün üzü bütöv kokain oldu

Heron gölünün üzü bütöv kokain oldu

ABŞ-ın cənub-qərbində yerləşən Nyu-Meksiko ştatında aviaqəza baş verib. SİA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, ştatın inzibati mərkəzi olan Santa Fe şəhərindən təxminən 160 km şimalda Heron gölünə düşən kiçik təyyarə batıb. Hadisə zamanı təyyarədə olan şəxslərin öldüyü ehtimal olunur. İlkin araşdırmalar nəticəsində təyyarənin böyük miqdarda narkotik maddə olan kokain daşıdığı müəyyən edilib.

 

Belə ki, hadisədən dərhal sonra xeyli miqdarda adıçəkilən maddənin gölün üzərinə çıxdığı qeyd olunur. Təhlükəsizlik tədbirləri çərçivəsində hadisə baş verən əraziyə kənar şəxslərin girişi qadağan edilib. Hadisənin başvermə səbəbi və təyyarənin markası həmçinin hadisə zamanı təyyarənin göyərtəsində olan şəxslərin sayı barədə məlumat verilmir. Axtarış-xilasetmə işlərinə bir neçə qayıq və dalğıc-xilasedicilər cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə