Dünyada koronavirus krizisi davam edir SON BAŞ VERƏNLƏR

Dünyada koronavirus krizisi davam edir  SON BAŞ VERƏNLƏR

Dünyada yeni növ koronavirusa yoluxanların sayı 5 milyona yaxınlaşsa da, ölənlərin sayı 324 min, sağalanların sayı isə 1 milyon 960 minə çatıb. SİA son 24 saatda COVİD-19-la bağlı bəzi ölkələrdə baş verənləri təqdim edir.

Belə ki, Avstraliyanın Yeni Cənubi Uels ştatında yerləşən qocalar evində 1 nəfərin yeni növ koronavirus infeksiyasından dünyasını dəyişməsi ilə ölkədə COVİD-19-dan ölənlərin sayını 100-ə çatıb.

Sudanda yeni koronavirusa görə həyatını itirənlərin sayı son 24 saatda 6 nəfər artaraq 111 nəfərə yüksəlib.

ABŞ-da virusa yoluxanların ümumi sayı 1 milyon 570 min, dünyasını dəyişənlərin sayı isə 93 min 533 nəfəri ötüb.

İtaliyada COVİD-19-dan ölənlərin sayı 32 min 169 nəfərə çatıb.

İngiltərədə yeni növ koronavirus pandemiyası 35 min 341 can alıb.

İspaniyada da virusdan ölüm halları davam etməkdədir. Ölkədə infeksiyadan dünyasını dəyişənlərin sayı 27.778 nəfərə yüksəlib.

Rusiyada isə COVİD-19-a yoluxanların sayı 299 min 941, həyatını itirənlərin sayı isə 2 min 837 nəfər yüksəlib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə