Moskva ətrafında hərbi helikopter qəzası nəticəsində üç nəfərdən ibarət ekipaj həlak olub
Rusiya kosmik-hava qüvvələrinə məxsus hərbi helikopterin Moskva ətrafında sərt eniş etməsi nəticəsində üç nəfərdən ibarət ekipaj həlak olub.
SİA Rusiya KİV-lərinə istinadən xəbər verir ki, axtarış qrupu hadisə yerində hər iki qara qutunu aşkarlayıb. Qara qutuların qənaətbəxş vəziyyətdə olduğu bildirilir.
Helikopter mayın 19-da axşam saatlarında Klin şəhərindən 20 kilometr məsafədə təlim-məşq uçuşu yerinə yetirərkən qəzaya uğrayıb. İlkin məlumata görə, qəzaya texniki nasazlıq səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB