Koçaryanın iddiası üzrə məhkəmə mayın 26-na təxirə salınıb

Koçaryanın iddiası üzrə məhkəmə mayın 26-na təxirə salınıb

İrəvandakı məhkəmə Ermənistanın sabiq prezidenti Robert Köçəryanın işinə baxılmasını 26 maya qədər təxirə salıb. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə RİA Novosti-nin müxbiri xəbər verib.

"Məhkəmə, İzmirlyan tibb mərkəzindən Köçəryanın xəstəxanada olması barədə arayış alıb. İşi dinləmək mümkün olmadığını nəzərə alaraq məhkəmənin iclası 26 may saat 13: 00-a təxirə salınıb", deyə iş üzrə hakim Anna Danibekyan məhkəmə iclasında bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə