“ABŞ rəsmilərini Çinə böhtan atmağa son qoymağa çağırırıq” Çjao Lizyanq

“ABŞ rəsmilərini Çinə böhtan atmağa son qoymağa çağırırıq”  Çjao Lizyanq

Dünyanın ən böyük haker imperiyası olan ABŞ, İnternetdə ən böyük qlobal nəzarət həyata keçirir və Vaşinqton bu hərəkətləri dərhal dayandırmalıdır. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin sözçüsü Çjao Lizyanq çərşənbə axşamı keçirdiyi brifinqdə bildirib.

Əvvəllər ABŞ baş prokuroru Villiam Barr, Amerikanın telekommunikasiya şirkəti "Apple" şirkətini Rusiya və Çin ilə əməkdaşlıqda günahlandıraraq, vətəndaşların nəzarətini təşkil etməyə çalışırdı.

"Əslində, şəbəkədə ən böyük miqyaslı qlobal nəzarət və məlumat oğurluğu həyata keçirən Amerika Birləşmiş Ştatlarıdır. Dünyanın ən böyük haker imperatoru məhz bunlardır", deyə diplomat bildirib.

Onun sözlərinə görə, Pekin ABŞ-ı rəqəmsal əsrdə məxfilik hüququ ilə bağlı BMT-nin müvafiq qətnamələrinə əməl etməyə və İnternetdə geniş miqyaslı qlobal nəzarəti dərhal dayandırmağa çağırır.

"Biz ayrı-ayrı ABŞ rəsmilərini Çinə böhtan atmağa son qoymağa çağırırıq", deyə Çjao Lizyanq bəyan edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə