Fransada məktəblər açıldı 70 şagird virusa yoluxdu

Fransada məktəblər açıldı 70 şagird virusa yoluxdu

Fransada COVID-19-a qarşı həyata keçirilən tədbirlər nəticəsidə fəaliyyətini dayandırmış orta təhsil müəssisələri yenidən işini bərpa edib. SİA xəbər verir ki, fəaliyyətini bərpa edən orta təhsil müəssisələrində 70 şagirdə COVID-19 virusu aşkar edilib.

Fransanın Təhsil naziri Jan Mişel Blanquer açıqlamasında bildirib ki, 11 may tarixindən etibarən ölkə ərazisində fəaliyyəti bərpa olunan 40 minə yaxın məktəbdə 70 şagirddə virus aşkarlanıb.

Virus aşkar olunan məktəblərin yenidən bağlandığını bildirən Blanquer vurğulayıb ki, məktəbə getməyən şagirdlərdə yaranan psixoloji problemlər onu narahat edir.

Qeyd edək ki, Fransada 16 mart tarixindən etibarən bütün təhsil müəssisələri fəaliyyətini dayandırmışdı. Lakin, mayın 11-dən etibarən uşaq bağçaları, ibtidai məktəblər və epidemiyanın təsirinin az olduğu bölgələrdə orta təhsil müəssisələri açıq elan edilmişdi.

Bir sinifdə ən çox 15 şagird olmalı və gigiyena qaydalarına riayət etmək, qoruyucu maskalardan istifadə məcburi idi.

Hazırda, Fransada COVID-19 infeksiyasından ölənlərin sayı 28 minə, yoluxanların sayı isə 216 min çatıb.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə